Tvinninq layihəsi çərçivəsində növbəti görüş keçirilib
Share:
23 sentyabr 2021-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Litva, Avstriyanın müvafiq qurumlarının birgə həyata keçirdiyi "Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini və onlara dəstəyi təmin etmək üçün dövlət orqanlarının və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə Sabunçu və Xəzər rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri və üzvlərinin, bələdiyyə sədrlərinin, bələdiyyələrdə gender komissiyalarının sədrlərinin və rayon İcra Probasiya şöbəsinin əməkdaşları ilə Litva və Avstriyadan olan ekspertlər iştirak edib.
Ekspertlər təqdimatla çıxış edərək məişət zorakılığı ilə mübarizə sahəsində Avropa İttifaqı ölkələrinin təcrübələrini bölüşüb, maarifləndirmə kampaniyaları haqqında məlumat veriblər. Həmçinin məişət zorakılığına qarşı mübarizə metodları və ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılıb.