Məktəblilər üçün təlim keçirilib
Share:
Yeni dərs ilinin başlanması ərəfəsində uşaqların təhlükəsizlik qaydalarına riayət edilməsi sahəsində maarifləndirilməsi məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “KPMG Azərbaycan” şirkətinin dəstəyi ilə “Стоп Угроза” uşaqlar və valideynlər üçün beynəlxalq təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi olan “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə “Onlayn və oflayn təhlükəsizlik” mövzusunda təlimlər təşkil olunub.
Təlimlər 6-13 yaş aralığında olan 100 uşağı əhatə edib. İştirakçılar Bakı şəhəri və ətraf kəndlərdən olan aztəminatlı ailələrin və sığınacaqda yaşayan, eləcə də Vətən müharibəsində şəhid və qazi olan həmvətənlərimizin uşaqlarından ibarət olub. Onların təlimlərə cəlb olunması Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.
“Təhlükəyə son” təliminin əsas məqsədi respublikamızda və dünyada aktual və həyati vacib olan “Təhlükəsiz internet” və “Cinayətkarlardan qorunun” kimi mövzuları daha ətraflı izah etmək, o cümlədən, uşaqlarda ətrafdakı insanlarla davranış alqoritmini, özlərinə inamı, etmək istəmədikləri xahişlərə “yox” demək və düzgün çıxış yolunu seçmək kimi bacarıqları formalaşdırmaqdan ibarət olub.
Bu layihə çərçivəsində təlimlərin həmçinin digər regionlarda da keçirilməsi planlaşdırılıb.