Uşaq və Ailələrə Dəstək Mərkəzləri “Ailədən-ailəyə” aksiyasını davam etdirir

2 July 2021

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Ailədən-ailəyə” aksiyası çərçivəsində aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, ahıl şəxslərə və digər ehtiyacı olan insanlara yardımlar edilir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, bu dəfə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları “Ailəm könüllüləri” ilə birgə Zərdab rayon Şahhüseynli kənd sakini l qrup əlil Rəşidova Günelin ailəsinə səfər edərək, ailənin həyat şəraiti ilə tanış olublar. Könüllü Xəlilovlar ailəsinin dəstəyi ilə G. Rəşidovaya əlil arabası və  ehtiyacı üzrə ləvazimatlar təqdim edilib.

Aksiya çərçivəsində həssas qrupdan olan ailələrə səfərlər davam etdirilir.