Vətəndaşların onlayn qəbulu keçirildi
Share:
20 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva vətəndaşların onlayn formatda qəbulunu keçirib.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunan qəbulda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin olunması, sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicəsində dəstək göstərilməsi və başqa bu kimi məsələlərlə bağlı ərizə, təklif və müraciətləri qeydə alınıb.
Qəbulda müraciətlərə aidiyyəti üzrə baxılması üçün müvafiq tapşırıqlar verilib.