“Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu” mövzusunda onlayn tədbir keçirilib

4 May 2021

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq, 4 may 2021-ci il tarixində Astara rayon Kijəbə qəsəbəsinin tam orta məktəbinin müəllimləri və valideynlərin  iştirakı ilə “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu” mövzusunda onlayn tədbir keçirilib.

Astara rayon Kijəbə qəsəbəsinin tam orta məktəbinin direktoru Təbrizə Rəsulova çıxış edərək, qonaqları salamlayıb və tədbirin məqsədi haqqında məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova çıxış edərək, ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin uşaqlara öyrədilməsində valideynlərin rolundan, ailədaxili münasibətlərdən, yaşlılara hörmətin uşaqlara erkən yaşlardan məlumatlandırılmasının vacibliyindən bəhs edib.

Daha sonra Ailə problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli eyni adlı təqdimatla çıxış edərək, ailə dəyərlərinin uşaqlara aşılanması istiqamətində valideyn və məktəb müəllimlərinin birgə fəaliyyətinin  vacibliyini vurğulayıb.

Yekunda məktəb direktoru bir daha tədbirin təşkilinə və maraqlı, aktual mövzulara toxunduqlarına görə tədbir təşkilatçılarına minnətdarlılğını bildirmişdir. Tədbirdən 50-ə yaxın iştirakçı faydalanıb.