Göyçay Qadın Resurs Mərkəzində psixoloqun iştirakı ilə təlim keçirilib
Share:
26 aprel 2021-ci il tarixində Göyçay Qadın Resurs Mərkəzində psixoloq Tünzalə Vətənxan tərəfindən qadının cəmiyyətdə rolu, gündəlik həyatda üzləşdiyi problemlər və həll yolları, ailə münasibətlərinin uşaqlara təsiri mövzularında təlim keçirilib.
Təlim çərçivəsində interaktiv müzakirələr aparılıb, iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb və onlara müvafiq məsləhətlər verilib.