Tovuz rayonunda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək layihəsi” davam edir

12 April 2021

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Sağlam Həyat Naminə” İctimai Birliyinin birgə əməkdaşlığı, bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə 2020-ci ildən Tovuz rayonunda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək məqsədi ilə İcmada Ailəyə Dəstək Klubunun yaradılması” adlı layihə həyata keçirilir.

Layihə çərçivəsində növbəti dəfə, 10 aprel 2021-ci il tarixində Tovuz rayon İcra Hakimiyyətinin, “Sağlam Həyat Naminə” İctimai Birliyinin və bp nümayəndələrinin iştirakı ilə 21 nəfər qadına (5 nəfər şirniyyatçı, 7 nəfər bərbərlik, 8 nəfər  dərzilik, 1 nəfər dəyirmançılıq fəaliyyəti üçün) biznes fəaliyyətinə başlaması və mövcud bizneslərini gücləndirmələri üçün texniki dəstək göstərilmiş, biznes planına uyğun olaraq qadınlar lazımi avadanlıqlarla təmin olunmuşdur.

Ümumilikdə, 2020-2021-ci illərdə layihə çərçivəsində 43 nəfər qadına  (12 nəfər şirniyyatçı, 14 nəfər bərbərlik, 15 nəfər  dərzilik, 2 nəfər dəyirmançılıq fəaliyyəti üçün) biznes fəaliyyətləri məqsədilə müvafiq dəstək göstərilmişdir.