İntihar hallarının qarşısının alınması ilə bağlı Zərdabda bukletlər paylanılıb
Share:
4 mart 2021-ci il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən intihar hallarının qarşısının alınması məqsədilə gənc və yeniyetmələr arasında maarifləndirici bukletlər paylanılıb, mövzu ilə bağlı məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda Mərkəz əməkdaşlarının hazırladığı “İntihar çıxış yolu deyil!” adlı maarifləndirici videoçarx Mərkəz benefisiarları, rayon gəncləri və sosial şəbəkə istifadəçiləri ilə paylaşılıb.