Sağlam həyat tərzi.QİÇSdən qorunma yolları” mövzusunda onlayn tədbir keçirilib

1 December 2020

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirmə tədbirləri həyata keçirir. 

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq 1dekabr 2020-ci il tarixdə Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri üçün “Sağlam həyat tərzi. QİÇSdən qorunma yolları “ mövzusunda onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Təhsil Mərkəzinin müəllimi Təranə Əbdülrəhmanova iştirakçıları salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxışında immun çatışmazlığı virusunun aradan qaldırılması istiiqamətində dövlət tərəfindən görülən tədbirlər, qəbul edilən dövlət proqramı, qanunvericilik aktları haqqında məlumat verərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün İİV/QİÇŞ-lə mübarizə üzrə Dövlət Proqramı”nı qeyd edib. . O, bildirib ki Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV- lə yaşayan insanların ömrünün uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, immun çatışmazlığı virusunun profilaktikası və aradan qaldırılması məqsədilə dövlət tərəfindən daimi mühüm tədbirlər görülür, təbliğat işləri aparılır. K.Əliyeva immun çatışmazlığı virusunun qarşısının alınması və profilaktikası məqsədilə yeniyetmə və gənclərin onun törətdiyi fəsadları və yayılma yolları barədə məlumatlandırılması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas iş istiqamətlərindən biri olduğunu vurğulayıb. O, tədbir iştirakçılarına həmçinin immun sisteminin gücləndirilməsindıə sağlam həyat tərzinin vacibliyindən, ziyanlı vərdişlərin fəsadlarından, spirtli içkilərə və narkomaniyaya düçar olmuş insanların həyatına və ailədə yaranan psixoloji iqliminə təsirindən bəhs edib.
Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Pərvin Quliyeva “QİÇS nədir? Yoluxma yolları və qorunma üsulları” adlı təqdimatla çıxış edib. O, tələbələrə QİÇS xəstəliyindən, yoluxma yollarından və qorunma üsullarından bəhs edərək, faydalı məsləhətlər verib.
Tədbirdə 100-dən artıq tələbə və müəllim heyəti iştirak edib.