Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin 31-ci ildönümü münasibətilə beynəlxalq konfrans keçiriləcək
Share:
20 noyabr 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 31-ci ildönümü, eləcə də Uşaq Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Uşaq hüquqları: uşaqlar müzakirəyə qoşulur” mövzusunda beynəlxalq onlayn konfrans keçiriləcək.
“Uşaq Səfirlər Məclisi” üzvlərinin və 20-ə yaxın ölkədən uşaqların iştirakı ilə keçiriləcək beynəlxalq konfransda uşaqlar öz ölkələrində uşaq siyasəti istiqamətində həyata keçirilən tədbirlər və Konvensiyadan irəli gələn hüquqlar ilə bağlı fikirlərini bölüşəcəklər.