31 may tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın Şəki şəhərində qəbulu keçirilmişdir

30 May 2014

Share:

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən 2013-cü ildən başlayaraq vətəndaşların qəbulu  davam edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  31 may 2014-cü il tarixində Şəki şəhərində  Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşları qəbul etmişdir. Qəbul zamanı 26 vətəndaşın problemləri dinlənilmiş və təklifləri qəbul olunmuşdur.

Qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, erkən nikahların və məişət zorakılığının qarşısının alınması, məşğulluq, sağlamlıq, boşanmalar və vətəndaşların digər məsələləri üzrə problemləri dinlənilmişdir.

Yuxarıda sadalanan problemlərin çoxu yerində həllini tapır, digərləri isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına göndərilir. Qəbul zamanı vətəndaşlara hüquqi yardım edilir və psixoloji reabilitasiyaya ehtiyacı olan ailələr qeyydiyata alınıb yardım edilmişdir.