Komitənin mərkəzlərində Sülh Günü ilə bağlı təbirlər keçirilib
Share:
18 sentyabr 2020-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Dünyanı sülhə səsləyək” adlı onlayn tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-in əməkdaşları, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Ombudsman Apparatının Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov və Diyarşünaslıq muzeyinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Beynəlxalq Sülh Günün yaranma tarixindən, insan hüquqlarının qorunmasından, müharibələrin, zorakılıq hallarının qarşısının alınmasından danışılıb.
Tədbirin sonunda iştirakçıların elektron ünvanlarına onlayn bukletlər göndərilib.
21 sentyabr 2020-ci il tarixində Sabirabad UADM-nin təşkilatçılığı ilə “Qoy həmişə Sülh olsun” adlı onlayn görüş keçirilib. Görüşdə Sabirabad UADM-nin sosial pedaqoqu, mərkəz qeydiyyatında olan risk qruplu və xüsusi qayğıya ehtiyacı olan (XQEO) uşaqlar iştirak ediblər.
Görüş zamanı Sülh Günü haqqında ətraflı məlumat verilib, uşaqların sualları cavablandırılıb. Sonda uşaqlar mövzu ilə bağlı rəsm çəkiblər.