Uşaq və Ailələrə Dəstək Mərkəzləri əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətində fəaliyyətlər davam etdirilir
Share:
23-24 senbtyabr 2020-ci il tarixində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) işçi heyəti üçün “Joy” Uşaq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən “Aktiv öyrənmə modulu” və TRAS (nitqin normal inkişafının izlənməsi) təlimləri keçirilib.
Təlim zamanı iştirakçılara aktiv öyrənmənin prinsipləri, bu metoda aid olan avadanlıqlar və onlardan istifadə qaydaları haqqında məlumat verilib, metodik vasitələr nümayiş etdirilib.
Təlim proqramına nitqin inkişafını izləməyə kömək edən vizual cədvəl (sxem) və qiymətləndirmə forması daxildir. Qiymətləndirmə formasında nitqin inkişafı üçün vacib hesab olunan aşağıdakı sahələr əks olunmuşdur:
- Qarşılıqlı əlaqə
- Əlaqə
- Diqqət
- Nitq anlayışı
- Nitqin zənginliyi
- Söz ehtiyatı
- Cümlə qurmaq
Onlayn formatda keçirilən təlimlərə 11 Uşaq və Ailələrə Dəstək Mərkəzindən 22 mütəxəssis cəlb edib, təlimlər müzakirələrlə davam edib.
Məlumat üçün qeyd edək ki, Aktiv öyrənmə modulu danimarkalı psixoloq Lilli Nilson tərəfindən yaradılmışdir və bu metoda görə hər bir uşaq - inkişafı normal gedən uşaqlarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da öyrənmə qabiliyyətinə malikdir. TRAS isə Norveç Respublikasında nitqin normal inkişafını izləmək məqsədi ilə nitq ləngiməsi olan uşaqların inkişafında istifadə olunan səmərəli proqramlardan biridir.