Uşaq əməyinin istismarının qarşısının alınmasına dair regional təlimlər keçirilib

24 June 2014

Share:

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq 4 region üzrə uşaq əməyinin qarşısının alınması və maarifləndirmənin gücləndirilməsi istiqamətində Komitə tərəfindən Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.Bu istiqamətdə 29 iyul-19 avqust 2016-cı il tarixlərində Lənkəran şəhəri və Tovuz, Yevlax, İmişli rayonlarında (36 şəhər və rayonu əhatə etməklə) regional təlimlər keçirilib.Təlimlərdə əmək müfəttişləri, polis inspektorları, şəhər/rayon icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları, həmçinin psixoloqlar, təhsil işçiləri iştirak ediblər.Təlimlərdə uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi barədə məlumat verilib, problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə,  uşaq əməyinin vəziyyətinə dair aparılmış tədqiqatın nəticələri təlim iştirakçılarının diqqətinə çatdırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. Qeyd edək ki, təlim iştirakçıları bu cür maarifləndirmə tədbirlərinin bölgələrdə aparılmasının xüsusi əhəmiyyətini vurğulayıblar. Təlim zamanı Komitə tərəfindən hazırlanmış, uşaq əməyi ilə bağlı məlumatlılığın artırılması, uşaq əməyi anlayışının izahı, qanunvericilkdə uşaq əməyi ilə bağlı müddəaları özündə birləşdirən “Sənin Əmək Hüquqların” adlı buklet təlim iştirakçılarına paylanılıb, həmçinin uşaq əməyinə dair sorğu aparılıb. Məlumat üçün bildirmək istəyirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Uşaq əməyinin istismarının  qarşısının alınması sahəsində Birgə Tədbirlər  Planı (2013-2015-cı illər)”na əsasən ölkə üzrə yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün 2014-cü ildə təlimlər keçirilmişdir. Eyni zamanda 2015-ci ilin iyul-oktyabr ayları ərzində ölkənin 3 regionunda uşaq əməyinin vəziyyətinə dair tədqiqat aparılmışdır.