Beynəlxalq Ailə Günü münasibəti ilə regionlarda aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may Beynəlxalq Ailə Günü münasibəti ilə həyata keçirilən silsilə tədbirlər davam etdirilir. Avropa İttifaqı, BMT Uşaq Fondu (UNİCEF) və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Komitə nəzdindəki Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yerləşdiyi 11 regiondan olan 231 aztəminatlı ailəyə “Ailəm” və “ASAN könüllüləri” tərəfindən bayram sovqatı paylanılıb.