Sabirabad rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
Share:
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.
13 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva saat 11:00-da Sabirabad rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan