Hacıqabulda Erkən nikah mövzusunda tədbir keçirilib
Share:
Fevralın 20-i Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi Hacıqabul rayon 8 saylı məktəbdə “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə UADM-in əməkdaşları, 8 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə erkən nikahın bir çox ölkələrdə, eləcə də, Azərbaycanda aktual məsələlərdən biri olması bildirilib. Ailə quran şəxslərin rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı yaşda ailə qurması nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallara səbəb olması haqqında danışılıb.
Sonda mövzu ilə əlaqəli bukletlər paylanılıb.