Goranboyda “2 Fevral gənclər günü” münasibətilə yığıncaq təşkil edilib
Share:
3 fevral 2020-ci il tarixində Goranboy şəhər H.Əliyev Mərkəzində rayonun ictimai həyatında öz fəallığı ilə uğur qazanan idmançılar, müəllimlər, həkimlər, sağlamlıq imkanları məhdud gənclər və eləcə də idarə və müəssisələrdə fəaliyyətə cəlb olan könüllü gənclərin “2 Fevral gənclər günü” münasibətilə yığıncağı təşkil edildi.
Tədbirə iştirakçıların seçilməsi və cəlb olunması işi Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yerinə yetirildi. Tədbiri Goranboy Gənclər və İdman İdarəsi aparırdı.
Belə bir fəaliyyətin keçirilməsində məqsəd 2 Fevral Gənclər günü münasibətilə fəal gənclərin inteqrasiya edilməsi və təcrübələrin bölüşdürülməsi, uğur qazanan gənclərin stimullaşdırılması, digər gənclərə örnək olması, işsiz gənclərin idarə və müəssisələrə könüllülük prinsipi ilə işə cəlb olunmasına dəstək verilməsidir.
Tədbirdə idman və təhsil sahəsində könüllülük fəaliyyəti ilə fərqlənən gənclərə fəxri fərman, sertifikat və hədiyyələr təqdim edildi. O cümlədən, Mərkəzin 3 könüllüsünə də sertifikat təqdim edildi.