"Hüququnu bil, zorakılığın qurbanı olma" adlı tədbir keçirilib
Share:
Yanvarın 23-də Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “Hüququnu bil, Zorakılığın qurbanı olma!” adlı tədbir keçirilmişdir. Tədbirdə UADM-in əməkdaşları, rayon məktəblərinin müəllim və şagird kollektivi, İdman və Gənclər idarəsinin əməkdaşları iştirak etmişdirlər.
Tədbirdə uşaq hüquqlarının insan hüquqları anlayışının bir hissəsi olmasından danışılmışdır. Son günlərdə ölkəmizdə baş verən uşaqlara qarşı zorakılıqla əlaqədar olaraq valideyinlərin övladlarına qarşı daha diqqətli olmaqları bildirilmişdir.
Tədbirin sonunda mövzu ilə bağlı şagirdlərə buklet paylanılmışdır.