“Sağlam cəmiyyət üçün sağlam uşaq böyüdək!” adlı tədbir keçirilib

23 January 2020

Share:

Yanvarın 23-ü Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaqların icbari dispanserizasiyasına həsr olunmuş “Sağlam cəmiyyət üçün sağlam uşaq böyüdək!” adlı tədbir keçirilib. Tədbirdə UADM-in əməkdaşları, könüllülər, valideyn və sağlamlıq imkanı məhdud uşaqlar iştirak edib.

Mövzuya aid qısametrajlı filmlərin nümayişi ilə açılan tədbirdə uşaqların icbari dispanserizasiyasının nə olduğu və onun nə məqsəd daşıdığı haqqında danışılıb. Sonra isə uşaqlarda patalogiyaların və digər pozuntuların aşkar edilməsi üçün icbari dispanserizasiyanın nə qədər vacib və əhəmiyyətli olduğu qeyd edilib, icbari dispanserizasiyadan keçiriləcək uşaqların və onların qanuni nümayəndələrinin hüquqlarından danışılıb.

Tədbirin sonunda iştirakçılara mövzuya aid bukletlər paylanılıb.