Komitə əməkdaşı Hindistanda keçirilən təlimlərdə iştirak edib
Share:
14-19 yanvar 2020-ci il tarixlərində Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Təşkilatı (İTEC) çərçivəsində Hindistanın Luknov şəhərində təşkil edilmiş Qadınların imkanlarının genişləndirilməsi üzrə beynəlxalq proqramda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövıət Komitəsinin əməkdaşı Hafiz Namazov iştirak etmişdir.
30-dan artıq ölkədən nümayəndənin iştirak etdiyi tədbirdə müxtəlif ölkələrdən olan nümayəndələrin ölkələrindəki müvafiq vəziyyətlə bağlı təcrübələri dinlənilmiş, təcrübə mübadiləsi aparılmışdır. H. Namazov ölkəmizin bu sahədə apardığı siyasətlə bağlı təqdimatla çıxış edərək qeyd etmişdir ki, mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyət fonunda ötən 28 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparmış və bu gün dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. 1 milyondan çox qaçqın və məcburi köçkünlərin, xüsusilə də bu təbəqədən olan qadınların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, təhsil, tibb və digər xidmətlərin əlçatan olması ən vacib məsələlərdəndir. Müsbət təcrübələrin öyrənilməsi, ölkələrarası fikir mübadilələrinin edilməsinin əhəmiyyətini vurğulayan Komitə əməkdaşının Şərqdə məhz qadına seçki hüququnun 1918-ci ildə Azərbaycanda verildiyini qeyd etməsi iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanmışdır.
Proqram çərçivəsində iştirakçılar Qadın fermerlərdən ibarət kollektiv təsərrüfatlara və əl işlərindən ibarət parça toxuyan qadınların işlədiyi müəssisələrə təcrübə səfəri ediblər.
Proqramın sonunda iştirakçılara İTEC proqramını müvəffəqiyyətlə bitirdiklərinə dair beynəlxalq sertifikat verilmişdir.