“Sağlam uşaq sağlam gələcək” mövzusunda tədbir keçirilib

21 January 2020

Share:

Yanvarın 21-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində “Sağlam uşaq sağlam gələcək” mövzusunda tədbir keçirilib. Tədbirdə UADM əməkdaşları və valideyinlər iştirak edib.

Tədbirdə mərkəzin sosial iş üzrə mütəxəssisi N. Aslanova çıxış edərək düzgün qidalanmanın uşaqların sağlam gələcəyindən xəbər verdiyini bildirib. İnkişafetdirici oyunların və düzgün gün rejiminin də uşaqların inkişafina müsbət təsir etdiyindən danışılıb.

Tədbirin sonunda iştirakçılar bu məlumatların özlərinə və uşaqlarına çox faydalı olduğunu bildiriblər.