Uşaq və Ailələrə Dəstək Mərkəzlərində 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirilib
Share:
Yanvarın 20-də Ağdam, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Şüvəlan, İsmayıllı, Qəbələ, Zaqatala və Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzlərində Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirin əvvəlində şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra 20 yanvar faciəsi haqqında ətraflı məlumat verilmiş və video-çarx nümayiş edilib.
Tədbirdən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edib.