Azərbaycanda qadın sahibkarların sayı artmaqdadır

26 December 2019

Share:

Bu gün ölkəmizdə qadınların məşğulluğun təmin olunması, qadınların sahibkarlıq sahəsində fəallığının artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir və ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində qadınların bu prosesdə iştirakı günü-gündən güclənmişdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Qadınlar ildən-ilə kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə  sosial-iqtisadi inkişafın o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xüsusilə qeyd etməliyik ki, qadınların öz bizneslərini yaratmaları, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları istiqamətində aparılan genişmiqyaslı işlər qadınlarımızın sahibkarlığa olan marağının artmasına təkan vermiş və stimul olmuşdur. Bu müsbət irəliləyiş statistik göstəricilərdə də özünü göstərir. Belə ki, 2019-cu il oktyabr 1-nə olan məlumata görə qeydiyyatda olan qadın sahibkarların sayı  yüz doxsan altı  min otuzdur. (196 030). 2012-ci ildə bu rəqəm  yetmiş üç min dörd yüz altmış doqquz (73 469) olmuşdur. Son yeddi ildə qadın sahibkarların sayı üç dəfəyə qədər artmışdır.