“Qadın zorakılığına qarşı 16 günlük kampaniya” çərçivəsində “Mələk” filminin nümayişi keçiriləcək
Share:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə gənc prodüsser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gətirdiyi “Mələk” tammetrajlı bədii filmi dekabrın 9-u saat 16:30-da “Nizami” Kino Mərkəzində nümayiş olunacaq.
Nümayişdə tanınmış incəsənət xadimləri, hökumət və media nümayəndələri, YAP Gənclər Təşkilatı üzvləri iştirak edəcək.
Qeyd edək ki, filmin nümayişi “Qadın zorakılığına qarşı 16 günlük kampaniya” (25 noyabr - 10 dekabr) çərçivəsində keçirilir.
Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq media nümayəndələrini dəvət edirik.