“Qadınlar və su” mövzusunda təlimlər keçirilib

17 October 2019

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və  Qlobal Ekologiya Fondu ilə birgə “Kür II: Transsərhəd razılaşdırılmış fəaliyyətlər və milli planların həyata keçirilməsi yolu ilə Kür çayı hövzəsində su ehtiyatlarının inteqrasiyalı idarə olunmasının gücləndirilməsi” layihəsi çərçivəsində təlimlər həyata keçirib.

Təlimlərin keçirilməsində məqsəd su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, bu sahədə həyata keçirilən işlərə qadınların cəlb olunması və gender bərabərliyinin təmin olunması, su ehtiyatlarından səmərəli istifadə edilməsidir.

 14 oktyabr 2019-cu il tarixində Hacıqabul rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində, 16 oktyabr 2019-cu il tarixində Saatlı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində  bir günlük təlim keçirilib.

Təlimlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Kür II Layihəsinin Maraqlı tərəflərin cəlb edilməsi üzrə mütəxəssisi Cenin Mitçel Cömertoğlu,  Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Kür II Layihəsinin regional layihə təhlilçisi Həcər Hüseynova,  Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Kür II Layihəsinin gender bərabərliyi üzrə kiçik mütəxəssisi Sevil Süleymanova çıxış edib.

Təlimlərdə  müxtəlif qurumlarda  çalışan, eyni zamanda evdar qadınlar iştirak edib.