“Türk Dünyasının Qadını: Keçmişdən bu günə” adlı tədbir keçiriləcək

9 October 2019

Share:

11 oktyabr 2019-cu il tarixində, saat 15:00-da Hökumət Evinin Konfrans zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Türk Dünyasının Qadını: Keçmişdən bu günə” adlı tədbir keçiriləcəkdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Lətifə Əliyeva çıxış edəcəkdir.

Türk dövlətlərinin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə mövzu ətrafında müzakirələr aparılacaq, eyni zamanda azərbaycan və digər türk dövlətlərindən olan qadınların əl işlərindən ibarət sərgi nümayiş olunacaqdır.