Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “1 oktyabr – Ahıllar günü” günü münasibəti ilə tədbir keçirib

2 October 2019

Share:

Ölkəmizdə 1993-cü ildən Beynəlxalq Ahıllar Günün qeyd olunması Ulu öndər Heydər Əliyevin ahıl insanlara göstərdiyi böyük diqqət və qayğısının nəticəsidir. Sevindirici haldır ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Ahıllar  günü münasibəti ilə Saatlı rayonunda yaşayan ahıl sakinin evində qonaq olmuşdur. Səmimi görüşdə ağbirçək nənə öz xatirələrini, həyat təcrübəsindən, müdrik kəlamlarından bölüşüb və bildirib ki,  bu gün ağsaqqal, ağbirçək məsləhətinə böyük hörmət və ehtiramla yanaşılır.

 Görüşün sonunda xatirə şəkil çəkilib.