“Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində Şirvan şəhərində və Hacıqabul rayonunda tədbir keçiriləcək

3 November 2016

Share:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbirlər 3 noyabr 2016-cı il tarixində Şirvan şəhər İcra Hakimiyyəti ilə birgə Şirvan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində və Hacıqabul rayon İcra Hakimiyyəti ilə birgə Hacıqabul rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Tədbirlərdə Komitənin və şəhər/rayon ictimaiyyətinin nümayəndələrinin, gənclərin iştirakı nəzərdə tutulmuşdur.

Tədbirlərin keçirilməsinin əsas məqsədi cəmiyyət üzvləri arasında sağlam həyat tərzinin və nikahdan əvvəl tibbi müayinənin təbliği, əhalinin, xüsusilə gənclərin reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nikah və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar barəsində maarifləndirilməsi və Komitə tərəfindən hazırlanmış, çap edilmiş maarifləndirmə vəsaitlərinin paylanmasıdır.

Tədbirlərin əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.

 

Ünvan:

Şirvan şəhəri, Heydər Əliyev Mərkəzi, saat 11:00

Hacıqabul rayonu, Heydər Əliyev Mərkəzi, saat 14:00