Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən ailələr ilə görüş və xeyriyyə aksiyası təşkil olunacaq

23 August 2019

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsində Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən ailələr ilə görüş və xeyriyyə aksiyasının keçilməsi planlaşdırılır. 26 avqust, saat 14:30-da Şüvəlan UADM-də keçiriləcək tədbirdə Komitə sədri Hicran Hüseynovanın, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın iştirakı nəzərdə tutulur. 

Aksiya çərçivəsində Şüvəlan UADM-dən bəhrələnən aztəminatlı və həssas təbəqədən olan ailələrə ərzaq yardımı, uşaqlara məktəb ləvazimatları və məktəbli forması veriləcəkdir.

Ünvan: Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, dalan 1, döngə 1 (Araz marketin arxası). tel: 012 4548960, 055 2915525