Xaçmaz rayonunda vətəndaşların qəbulu keçiriləcək
Share:
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.
30 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva saat 11:00-da Xaçmaz rayonunda Tarix Diyarşünaslıq Muzeyində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Xaçmaz, Quba və Qusar rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan