Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində növbəti tədbir keçiriləcək
Share:
Dövlət Komitəsi tərəfindən 2016-cı ildən etibarən Müdafiə Nazirliyinin dəstəyi ilə hərbi hissələrdə, hərbi təhsil müəssisələrində dövlət ailə siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan ailəsinə xas milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ekspertlərin iştirakı ilə əsgərlər, zabitlər, hərbçilər və kursantlar üçün maarifləndirmə tədbirləri həyata keçirilir.
Layihə çərçivəsində növbəti tədbirin keçirilməsi 1 iyul 2019-cu il tarixində saat 16.00-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində zabit və əsgər heyətinin iştirakı ilə planlaşdırılır.