Göygöl və Zaqatala rayonlarında maarifləndirmə tədbirləri keçirildi

24 June 2019

Share:

10-11 iyun 2019-cu il tarixlərinddə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Zaqatala rayonunda və rayonun Gimnaziya məktəbində, Göyəm, Qazangül kəndlərində, 18-19 iyul tarixlərində Göygöl rayonunda və rayonun Üç təpə, Yeni qızılca kəndlərində baş tutan tədbirlərdə “Ailə institutunun gücləndirilməsi”, “Zorakılığa YOX deyək”, “Valideynlik bacarıqları” və “SİB-R uşaq inkişafının qiymətləndirilməsi” mövzularında təlimlər keçirilib.

Tədbirlərdə müsbət valideyn davranışları, valideyn məsuliyyəti, diqqət edilməli olduğumuz məqamlar, ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, valideyn-övlad münasibətlərinin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunması yolları, 0-18 yaşarası uşaqların fiziki və əqli inkişafında valideynlərin rolu və s. barədə məlumat verilib, fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.