“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçiriləcək
Share:
2018-ci ilə ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsilli müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məlumatları) və QİŞS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilib.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarında yerləşən ilk peşə-ixtisas təhsil müəssisələrində planlaşdırılır. Növbəti tədbirin keçirilməsi 2 aprel 2019-cu il tarixində saat 12:00-da İctimai İaşə və Xidmat üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 18 nömrəli Bakı Peşə Liseyində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusundə nəzərdə tutulur.