Dövlət Komitəsində “Könüllü fəaliyyəti”nə sən də qoşul!

5 March 2019

Share:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.

Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

Könüllülük fealiyyətinə Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin tabeçiliyində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (Şüvəlan, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, Ağdam, Göygöl, İsmayıllı, Goranboy, Zaqatala, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində) cəlb olunur.

Könüllülər sırasına qoşulmaq istəyən gənclər scfwca.gov.az saytında "Elanlar" bölməsinə daxil olaraq “Könüllü anketi”ni doldurub regionmerkez@gmail.com elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

KÖNÜLLÜ ANKETİ