“Mediada gender bərabərliyi” mövzusunda təlimlər keçiriləcək
Share:
Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 23-25 yanvar tarixlərində (hər gün eyni təlim olmaqla) “Hilton Baku” otelində jurnalistlər və jurnalistika fakültəsinin 4-cü kurs bakalavr, eləcə də magistr və doktorant tələbələri üçün “Mediada gender bərabərliyi” mövzusunda təlimlər təşkil olunacaq. Təlimlər beynəlxalq və yerli ekspertlər tərəfindən aparılacaq.
Təlimlər “Gender bərabərliyi və media sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar” adlı 5 sessiya çərçivəsində 09:30-dan 18:00-a qədər keçiriləcək.
Təlimlər yerli və Avropa Şurasının ekspertləri, Bolqarıstan və Türkiyədən dəvət olunan beynəlxalq təlimçilər (“Media 21” Fondunun prezidenti Bissera Zankova, Bahçeşehir Universitetinin müəllimi Gülbin Ayşe Karabat) tərəfindən gender bərabərliyi və media sahəsində Avropa Şurasının standartları, bu sahədə Azərbaycan qanunvericiliyi və təcrübəsi, gender məsələlərinin mediada işıqlandırılması kimi mövzuları əhatə edəcək. Təlimin məqsədi gənc jurnalistlərə və jurnalistika fakültəsi tələbələrinə qadın hüquqlarının müdafiəsi, eləcə də təşviq edilməsi istiqamətində ətraflı məlumatların çatdırılmasıdır.