Uşaqlar üçün yeni il şənliyi keçirildi

3 January 2019

Share:

Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə yanvarın 3-də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin və "Əlil körpələrə yardım" İctimai Birliyinin birgə təşkilatçılığı ilə icmadan olan və xüsusi qayğıya ehtiyacı olan 80 nəfər uşağın iştirakı ilə bayram tədbiri keçirilib. Tədbirdə cizgi film qəhrəmanları, şaxta baba və klounlar uşaqları əyləndirib. Tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.