Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ilin yekunlarına dair Kollegiya iclası keçiriləcək

19 December 2018

Share:

25 dekabr 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin cari il üzrə fəaliyyəti haqqında illik hesabatı barədə kollegiya iclası keçiriləcək.

 

İclasın birinci hissəsində Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Milli Məclis sədrinin müavini Bahar Muradova, Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı, millət vəkilləri Sahibə Qafarova, Pərvin Kərimzadə, Rauf Əliyevin çıxışları nəzərdə tutulmuşdur. İkinci hissədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu ilin birinci yarısı  üçün İş Planı haqqında məlumat veriləcək, eyni zamanda Komitə yanında yaradılan İctimai Şuranın il ərzində fəaliyyəti vəgələcə fəaliyyəti məsələsi müzakirə olunacaqdır.