“Sağlam həyat tərzi. QİCS-dən qorunma yolları” mövzusunda tədbir keçiriləcək

6 December 2018

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı  vərdişlərin fəsadları barəsində gənclərin maarifləndirilməsi və QİCS-ə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə 7 dekabr 2018-ci il tarixində saat 12:00-da Azərbaycan Texniki Universitetinin nəzdində Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecin tələbələri üçün “Sağlam həyat tərzi. QİCS-dən qorunma yolları” mövzusunda tədbirin keçirilməsi  nəzərdə tutulur (Ünvan: Bakı,Nizami,Qara Qarayev, 2B).