“Uşaq hüquqları: bərabər imkanlar” mövzusunda dəyirmi masa keçiriləcək

20 November 2018

Share:

Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasına qoşulmuş və uşaqlarla bağlı milli qanunvericiliyini Konvensiyadan irəli gələn norma və standartlara uyğun olaraq təkmilləşdirmişdir. Son illər uşaqların inkişafı və hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasında nəzərdə tutulan uşaqların ən yaxşı maraqlarının təmin olunmasına yönəlmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il BMT tərəfindən Uşaq Hüquqları Haqqında Konvensiyanın qəbul edildiyi 20 noyabr tarixində - “Ümumdünya Uşaqlar Günü”ndə uşaqların yaxından iştirakı ilə uşaq hüquqlarına həsr edilmiş müxtəlif tədbirlər keçirdir. Bu il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin, istedadlı uşaqların iştirakı ilə “Uşaq hüquqları: bərabər imkanlar” mövzusunda dəyirmi masa keçirəcək. Tədbir 20 noyabr 2018-ci il tarixində, saat 15:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçiriləcək və KİV nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirik.