“Ziyanlı vərdişlərə YOX deyək!” mövzusunda tədbir keçiriləcək
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.
Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin fəsadları barəsində gənclərin maarifləndirilməsi məqsədi ilə 12 oktyabr 2018-ci il tarixində saat 13:00-daAzərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecin tələbələri üçün “Ziyanlı vərdişlərə YOX deyək!” mövzusunda tədbirin keçirilməsi nəzərdə tutulur.