“Azərbaycan qadını: tarixilik və müasirlik” adlı yazı müsabiqəsinin yekununa həsr olunmuş tədbir
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə bir sıra tədbirlər keçirilir. Bunlardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə jurnalistlər arasında "Azərbaycan qadını: tarixilik və müasirlik" mövzusunda yazı müsabiqəsidir. Bu həm də xalqımızın inkişafında və dövlətçilik ənənələrinin yaradılmasında sonsuz xidmətləri olan bu tarixi şəxsiyyətlər qarşısında mənəvi borcdur. Müsabiqə iştirakçıları ötən 100 ildə Azərbaycan qadın hərəkatı tarixində silinməz izlər qoyan, cəmiyyətdə yüksək nüfuz qazanmış, həyatı, fəaliyyətiləri ilə daim xatirələrdə yaşayan qadınlarımız haqqında məqalələr təqdim ediblər. Müsabiqəyə 50-ə yaxın yazı daxil olub. Yazılar məzmununa, tarixi məlumatlar və faktlara, peşəkarlıq səviyyəsinə, oxucu üçün mövzunun əhəmiyyəti və informasiyalılıq dərəcəsinə görə qiymətləndirilib.
10 oktyabr 2018-ci il tarixində saat 11:00-da Hökumət evinin akt zalında “Azərbaycan qadını: tarixilik və müasirlik” adlı yazı müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçiriləcək. 3 ay ərzində müsabiqəyə tədqim olunan məqalələrin təhlili zamanı I, II və III yerin qaliblərinə diplom və pul mükafatı təqdim olunacaq.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Sədaqət Qəhrəmanova, Milli Televiziya və Radio Şurası sədrinin müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı BDU-nin Nəzəriyyə və Təcrübə kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin çıxışları nəzərdə tutulur.