Nümunəvi ailə modeli: “Cəfərovlar ailəsi”
Share:
Cəfərov Cəfər və Cəfərova Gülyaz artıq 67 ildir ki, ailə qurublar. 10 övladı olan bu uzunömürlü ailənin 22 nəvəsi və 9 nəticəsi vardır. Cəfərovlar silənin möhkəmliyinə və dəyərləin təbliğinə olduqca xüsusi önəm verirlər. suraxanı rayonu Əmircan qəsəbə sakinləri olan və işgüzarlıq və əməksevərliyi ilə tanınan ailə bir çox mükafatlara layiq görülmüşdür. Cəfər müəllim müxtəlif orden və medallar sırasında “Şərəf”, “Əmək Veteranı”, “Əməkdar mühəndis, 1973-1976-1979-cu illərin “Sosialist yarışmasının qalibi”, SSRİ-nin “10-cu Beşilliyin Zərbəçisi” və Fəxri Fərmanlar, Gülyaz xanım isə “Qızıl Ulduz” medalı, I, II, III dərəcəli “Analıq Şərəfi” medalı və digər yüksək mükafatlarla təltif olunublar.
Cəfərov Cəfər ali təhsilli mühəndisdir.50 il eyni müəssisədə baş mühəndis vəzifəsində işləyib.İşgüzar əməyinə görə müxtəlif orden və medallarla təltif olunub.Tanınmış ziyalıdır. Cəfərova Gülyaz bütün ömrünü övladlarınıntərbiyəsinə,sağlam həyat tərzinə, vətənə, xalqa layiqli vətəndaş kimi yetişmələrinə çalışıb.
Onlar hər zaman qeyd edirlər ki, hər bir ailənin təməlini övlada düzgün tərbiyə vermək,valideynlərin bir-birinəqarşılıqlı hörməti, sevgisi təşkil edir: “Hamıya bizim ailəkimi uzunömürlü,səbirli, dözümlü, nümunəvi olmağı arzu edirik.”