Komitə tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”ndə növbəti onlayn təlim keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların müstəqil özünüifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.
Bu istiqamətdə fəaliyyətin davamı olaraq, bölgələrdə yaşayan uşaqların öz hüquqları ilə bağlı məlumatlılığının, fəallığının artırılması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin regionlarda olan mərkəzləri vasitəsilə onlayn təlimlərin keçirilməsi nəzərdə tutulub.
Bu istiqamətdə növbəti təlim 13 dekabr 2016-cı il tarixində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin Lənkəran və Qazaxda yerləşən Mərkəzlərinə qoşulması və uşaqların iştirakı ilə keçirilib. Təlim zamanı Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşları Günel Nağdəliyeva və Fərid Ədilov tərəfindən uşaq hüquqları ilə bağlı təqdimat edilib, təqdimatdan sonra uşaqlarla onlayn şəkildə aktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.