“2 Aprel Beynəlxalq Autizm Məlumatlandırma Günü” ilə əlaqədar təlim keçirildi.
Share:
“2 Aprel Beynəlxalq Autizm Məlumatlandırma Günü” ilə əlaqədar martın 29-da Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi təlim keçirmişdir. Məktəb psixoloqlarının, uşaq baxçasının tərbiyəçilərinin, həkim-nevropatoloq və icma üzvlərinin iştirak etdiyi tədbirdə iştirakçılara autizm barədə məlumat verilmiş, autizmin ilkin göstəriciləri və erkən müdaxilənin vacibliyi qeyd edilmişdir. Təlimdə autizmin xəstəlik deyil, sindrom olduğu vurğulanmışdır.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan