Azərbaycan Hökumətinin BMT-nin Uşaq Fondunun 2016-2020-ci illər üçün Ölkə üzrə Əməkdaşlıq Proqramının Orta Dövr İcmalının müzakirəsi keçirilir
Share:
16 mart 2018-ci il tarixində UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan hökuməti 2016-2020-ci illər üçün Ölkə üzrə Əməkdaşlıq Proqramının Orta dövr icmalını (ODİ) müzakirə edəcəklər.
Proqramda orta dövr icmalının məqsədi öyrənilmiş dərslər və tərəfdaşların qeyd etdiyi ciddi məhdudiyyətlər və imkanlarla yanaşı, bugünədək Ölkə Proqramında uşaqların və ailələrin faydalandığı əsas nailiyyətlər əks olunub. Orta dövr icmalı hökuməti təmsil edən tərəfdaşlarla geniş məsləhətləşmələr vasitəsilə, UNICEF-in texniki heyəti ilə yanaşı, müştərək proqramın həyata keçirilməsinə cəlb edilmiş hər kəsin müxtəlif tərəfdaşların uşaqların, xüsusilə, ən həssas vəziyyətdə olan və lazımi xidmətlərlə zəif təmin olunmuş uşaqların şəraitinin yaxşılaşdırılmasına verdiyi strateji töhfəni qiymətləndirməsinə və Ölkə Proqramının gələcək istiqamətləndirilməsinə dair tövsiyələr verməsinə imkan verir.
Toplantıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olmaqla, Baş Nazirin müavini Elçin Əfəndiyev, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ombudsman Aparatının nümayəndələri, UNICEF-in Azərbaycan Respublikasındakı Nümayəndəsi Edvard Karvardin, həmçinin vətəndaş cəmiyyətindən və BMT-nin institutlarından olan tərəfdaşlar iştirak edəcəklər. Toplantıya rəsmi olaraq Baş Nazirin müavini Elçin Əfəndiyev sədrlik edəcəkdir.
Müzakirələr zamanı BMT Uşaq Fondunun, dövlət qurumlarının, qeyri hökümət təşkilatlarının sənədlə bağlı rəy və təklifləri dinləniləcəkdir. Orta dövr icmalı Azərbaycanda həyata keçiriləcək uşaq hüquqlarının müdafiəsində 2018-2020-ci illər ərzində tədbirlər planı müzakirə ediləcək.
Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.