“Dayaq” Mentorluq Proqramının Açılış Konfransı keçiriləcək
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə 2012-ci ildən başlayaraq qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə “Dayaq” Mentorluq proqramı həyata keçirir. 22 fevral 2018-ci il tarixində saat 10.00-dan 13.00-dək Şəmkir rayonunda yerləşən Excelsior Otelinin konfrans zalında Şəmkir, Tovuz, Daşkəsən və Gədəbəy rayonlarından olan bələdiyyə sədri və üzvü olan qadınların iştirakı ilə layihənin açılış konfransı keçiriləcəkdir.
Konfransda açılış nitqi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, GİZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının) qrup rəhbəri Gerald Duda, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavinin çıxışları nəzərdə tutulur. Eyni zamanda “Qadınların siyasi iştirakını artırmaq üçün mexanizmlər (Azərbaycan perspektivi)”, “Yerli səviyyədə qadınların səlahiyyətləndirilməsi”, “Məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər”, “Startup” layihələrin hazırlanması” və digər mövzusunda çıxışlar ediləcəkdir.
Kütləvi informasiya vasitələri əməkdaşlarını fəal əməkdaşlığa dəvət edirik.