“Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə təşkil edilən Yay Təlim Proqramı uğurla yekunlaşdı

2 August 2024 16:51

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələdə tələbə jurnalistlər üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə təşkil edilən Yay Təlim Proqramı uğurla yekunlaşdı.

29 iyul - 2 avqust 2024-cü il tarixlərini əhatə edən proqramın son günündə “Sosial iş və media” mövzusunda çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva sosial işçinin bacarıqları, media nümayəndələrinin həssas təbəqəli insanlarla münasibətlərinin prinsipləri, intihar hadisələrinin işıqlandırılması qaydalarını diqqətə çatdırıb.

O qeyd edib ki, yalnış məlumat yaymaqdan çəkinməklə, intiharın qarşısının alınması barədə ictimaiyyətə doğru məlumat vermək lazımdır.

Aparat rəhbəri həssas mövzulu hadisələrin mediada düzgün yayımlanması ilə bağlı jurnalistlərə tövsiyələrini verib.

Təlimin yekununda gənc jurnalistlərə fəal iştiraka görə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Yay Təlim Proqramı “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyasının” Fəaliyyət Planına uyğun olaraq, təşkil edilib.