Yeniyetmə və gənclərlə maarifləndirici görüşlər keçirilib

4 aprel 2024 16:26

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlandırılması məqsədilə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və  1 nömrəli Bakı Tibb Kollecinin tələbələri üçün “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri”, “Qohum nikahların yaratdığı fəsadlar” mövzusunda görüşlər keçirilib.

Görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva erkən və qohumlar arasında bağlanan nikahların digər ölkələrdə olduğu kimi bizim cəmiyyətdə də narahatlıq doğuran aktual ailə məsələlərindən biri olduğunu qeyd edərək, belə nikahların törətdiyi mənfi nəticələrdən, onların qarşısının alınmasına dair qəbul edilən normativ-hüquqi sənədlərdən danışıb.

 Komitə tərəfindən görülən işlər barədə iştirakçılara ətraflı məlumat verən K.Əliyeva yalnış stereotiplərlə mübarizədə bütün cəmiyyət üzvlərinin fəallğının vacibliyini vurğulayıb, yeniyetmə və gənclərə öz tövsiyələrini verib.

Görüşlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin ekpertləri Pərvin Quliyeva və Zümrüd Kazımova iştirak ediblər. Ekspertlər erkən nikahın reproduktiv sağlamlığa mənfi təsirləri, qohum nikahlar nəticəsində sağlamlıq imkanları məhdud uşaqların doğulması riski, bu nikahlardan dünyaya gələn uşaqlarda ən çox rast gəlinən xəstəliklər barədə danışıblar.

Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı sosial çarx nümayiş etdirilib, çap vəsaitləri paylanılıb. Görüşlərdən ümumilikdə 300 nəfər yeniyetmə və gənc faydalanıb.