Vəkil və hakimlər üçün təlim keçirildi

27 октября 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə vəkil və hakimlərin məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində bacarıqlarının artırılması məqsədilə təlim keçirilib.

27 oktyabr 2023-cü il tarixində keçirilən seminarda açılış nitqi ilə çıxış edən Komitənin Hüquqi təminat şöbəsinin əməkdaşı Rahil Süleymanzadə təlimin mahiyyəti və verəcəyi töhfələri diqqətə çatdırıb. O, məişət zorakılığı istiqamətində mövcud qanunvericiliyin tətbiqində ortaya çıxan nöqsanlar, mühafizə orderlərinin verilməsi ilə bağlı qaydalar haqqında məlumat verib.

Daha sonra Gender və İnkişaf üzrə Dünya Bankının eksperti, Vəkillər Kollegiyasının üzvü, vəkil Xalisə Şahverdiyeva məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış qaydaları, təcrübədə yol verilən yanlışlıqlar və aradan qaldırılması yolları haqqında təqdimatla çıxış edib.

Qeyd edək ki, 30 nəfər vəkil və hakimin iştirakı ilə baş tutan təlim “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.6.1-ci bəndinin icrası məqsədilə keçirilib.